Dilan və Engin Polatın lüks avtomobilləri satışa çıxarıldı - FOTOLAR

Dilan və Engin Polatın lüks avtomobilləri satışa çıxarıldı - FOTOLAR

Vergi qaçaqçılığı və qanunsuz gəlir əldə etmək ittihamları ilə bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan Dilan və Engin Polat cütlüyünün lüks avtomobilləri bu gün satışa çıxarılıb.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Polatlara məxsus “Milda Gayrimenkul Otomotiv A.Ş.” şirkətinin adına qeydiyyatda olan 8 ədəd lüks avtomobil TMSF-nin (Türkiyə Əmanətlərin Sığortalanması Fondu) təşkil etdiyi açıq hərrac vasitəsilə alıcılara təklif olunur.

 

Avtomobillərin ümumi dəyəri 77 milyon TL (2,02 milyon dollar) olaraq müəyyən edilib.


TMSF tərəfindən qəyyum təyin edildikdən sonra avtomobillər təhlükəsizlik kameraları ilə 24 saat nəzarət altında xüsusi dayanacaqda saxlanılırdı. Avtomobillərin bazar qiymətləri müstəqil qiymətləndirmə şirkəti tərəfindən təyin edilib.


Polat cütlüyünün əmlakları daha əvvəl dövlət tərəfindən müsadirə edilmişdi. Satış prosesi, cütlüyün əleyhinə irəli sürülən maliyyə pozuntuları çərçivəsində həyata keçirilir.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bir adam ildə 851 kq ərzaq yeyir - Hesablama

Miqdar ifadəsində götürdükdə Azərbaycan əhalisinin ən çox istehlak etdiyi ərzaq süd və süd məhsullarıdır.  Sfera.az rəsmi statistik məlumatlara istina...

Azərbaycanda bu yerlərdə yoxsulluq artır - Rəqəmlər

2024-cü ildə Azərbaycanda yoxsulluq həddi 270 manatı ötüb.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə 247 manat ola...

Tələbə təqaüdləri ARTIRILIR? – Rəsmi AÇIQLAMA

Bildiyiniz kimi, yaxın günlərdə bir çox sosial müavinətdə artım oldu. Artan sosial müavinətlərin sırasında tələbə təqaüdləri yer almadı.   Tə...

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

“Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır”.   Sf...

Bakı sakinləri üçün mühüm YENİLİK – 21 il əvvəlki sistem qayıdır

2025–2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın realla...

TƏBİB-dən Vüsal Murtuzəliyevlə bağlı açıqlama

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.   Bildirilib ki, iyulun 19...