Tənbəllik insanda bu qabiliyyəti gücləndirir - Maraqlı araşdırma

Tənbəllik insanda bu qabiliyyəti gücləndirir - Maraqlı araşdırma

İnsan beynindəki yaradıcı düşüncə və tənbəllik arasındakı maraqlı əlaqə ortaya çıxıb. 

 

Sfera.az “Psychology Today” jurnalında dərc olunan araşdırmaya əsasən xəbər verir ki, bəzən tənbəllik kimi qəbul etdiyimiz davranış formaları əslində beynin enerjini qoruma mexanizmi olaraq işləyir və bu, yaradıcılığın yaranmasına şərait yaradır.

 

Araşdırmaya əsasən, beyin enerjiyə qənaət etmək üçün avtomatik olaraq daha az səylə daha səmərəli yollar axtarır. Bu zaman isə yeni ideyaların, fərqli yanaşmaların və innovativ həllərin ortaya çıxması mümkündür. Bu vəziyyətə alimlər “yaradıcı tənbəllik” adını veriblər.

 

Nevroloq Markus Bell bu haqda belə deyib: “İnsan beyni tənbəllik anlarında daha sərbəst düşünür, çünki xarici təzyiqlər və məqsədyönlü diqqət azalır. Bu isə daha çox assosiativ düşüncəyə, yəni yeni və əlaqəsiz ideyalar arasında bağlantı qurmağa səbəb olur”:

 

Bu təhlil, xüsusilə uzun müddət diqqət və enerji tələb edən işlərdə çalışan insanlar üçün yaradıcı fasilələrin vacibliyini bir daha vurğulayır. Mütəxəssislər tövsiyə edirlər ki, insanlar bəzən “heç nə etməmə” anlarını günahkar kimi yox, yaradıcı potensialın mənbəyi kimi görsünlər.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...

Paşinyan Türkiyəyə yola düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə ...

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.   Sfera.az xəbər ver...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadası...

Azərbaycanda bu şəxslərə 350 manat veriləcək - FOTO

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.   Sfera.az iqtisadiyyat.a...