Dünyanın ən prestijli şəhəri Nyu Yorkda niyə bu qədər siçovul var?


Dünyanın ən prestijli şəhəri Nyu Yorkda niyə bu qədər siçovul var?

Bir çox şəhər sakinləri üçün küçədə gəzmək və zibil qutusundan siçanın tullandığını görmək, demək olar ki, gündəlik hadisəyə çevrilib. Xüsusilə gecələr bu canlılar Nyu Yorkun görünməz sakinləri kimi arxa küçələrdə və ya parkların ətrafında səssizcə dolaşırlar. Bu vəziyyət təkcə qorxulu deyil, həm də ciddi sağlamlıq problemi yaradır. Üstəlik, məsələ təkcə siçanların çox olmasında deyil. Sual budur ki, niyə bu siçovullar hələ də Nyu Yorkdadır?


Nyu Yorka siçovullar haradan gəldi, niyə getmirlər?


Bir az tarix, çoxlu zibil və bir az da pandemiya effekti əlavə etdikdə mənzərə daha da aydınlaşır.

 

Sfera.az bildirir ki, Nyu York siçovullar üçün yeni deyil. Bu assosiasiya 1700-cü illərin sonlarına təsadüf edir. Fransa və İngiltərədən gələn gəmilərlə limana yanaşan bu balaca sərnişinlər zamanla küçələrdə, zirzəmilərdə, parklarda məskunlaşıblar. Əvvəlcə qara siçovullar (Rattus rattus) görünsə də, zaman keçdikcə Norveç siçovulları (Rattus norvegicus) şəhərdə dominant növə çevrilərək başqalarının yayılmasının qarşısını alıblar.
 

Əsrlər boyu sağ qalan bu canlıların niyə hələ də çox olması ilə maraqlanırsınızsa, cavab olduqca sadədir: bol yemək, bol zibil və gizlənmək üçün saysız-hesabsız künclər. Nyu York ildə təxminən 14 milyon ton zibil istehsal edir, yəni şəhər siçovullar üçün bufet kimi işləyir.

 

Bu siçanları bu qədər davamlı edən nədir?
 

 

Siçanların bu qədər yayğın olmasının səbəblərindən biri də onların ağıllı və səbirli canlılar olmasıdır. Yemək tapdıqda, dərhal ona hücum etmək əvəzinə, əvvəlcə kiçik bir miqdar dadırlar və təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkət edirlər. Bəziləri hətta alətlərdən və ya sadə mexanizmlərdən istifadə etməyi öyrənə bilər.
 

Bundan əlavə, onların reproduktiv sürəti nəzarəti demək olar ki, qeyri-mümkün edir. Dişi siçan bir anda səkkiz bala dünyaya gətirə bilər və bu balalar cəmi beş həftə ərzində çoxalmağa başlaya bilər. Hətta şəhər daxilində müxtəlif ərazilərdə siçanların genetik olaraq fərqli olduğu müəyyən edilmişdir.
Pandemiya dövrü bir çox sahələrdə həyatı ləngitsə də, siçanlar üçün yeni bir dövr başladıb.


Xüsusən də restoranların bağlanması ilə açıq havada yemək tapmaq çətinləşib ki, bu da siçovulların davasına, hətta bəzən bir-birini yeməsinə səbəb olub. İnsanlar evlərinə çəkildikcə, bu gəmiricilər küçələrdə daha sərbəst gəzməyə başlayıblar.
 

Zibil istehsalı azalmasa, siçovulların bu şəhərdə yaşamağa davam edəcəyi aydındır. Amma görülən tədbirlər heç olmasa gəmiricilərin küçələrdə görünməməsini azalda bilər.
 

Aysel


OXŞAR XƏBƏRLƏR

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...

Paşinyan Türkiyəyə yola düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə ...

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.   Sfera.az xəbər ver...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadası...

Azərbaycanda bu şəxslərə 350 manat veriləcək - FOTO

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.   Sfera.az iqtisadiyyat.a...