“O, gücə pərəstiş edir, özünü tanrı kimi görür" - Keçmiş həmkarı Putindən danışdı

Rusiya Prezidenti Vladimir Putinlə eyni dövrdə KQB-nin elit məktəbində təhsil almış keçmiş rus casusu Sergey Jirnov, Avropanı Rusiya qarşısında passiv qalmaqda ittiham edib və daha sərt mövqe nümayiş etdirməyə çağırıb.
Sfera.az "NTV"yə istinadən xəbər verir ki, hazırda Fransada mühacir həyatı yaşayan Jirnov, verdiyi müsahibədə “Putinin dayanması üçün heç bir səbəb yoxdur.
Onu dayandırmasaq, daha da irəli gedəcək. Putini bir həşərat kimi əzməliyik”, - deyə Avropaya xəbərdarlıq edib.
1984-cü ildə KQB-yə qoşulan və yeddi il Rusiya xüsusi xidmət orqanında çalışan Jirnov, Putinlə 1980-ci il Moskva Olimpiadası zamanı tanış olduğunu bildirib. Jirnovun dediyinə görə, olimpiada vaxtı bir fransız vətəndaşı ilə telefonla danışdığından şəxsən Putin tərəfindən dindirilib. “Məni dindirərkən bundan zövq alırdı”, - deyə Jirnov Putinin xarakterini təsvir edib.
Putini gücə pərəstiş edən, özünü tanrı kimi görən və “əbədi olmaq” istəyən bir lider kimi xarakterizə edən Jirnov, bir sosyopata (ünsiyyət qura bilməmək - red.) çevrildiyini iddia edib.
Avropanın Rusiyanın hücumlarına yalnız diplomatik formada cavab verdiyini və bunun kifayət etmədiyini bildirən keçmiş casus Avropanı müdafiə mövqeyindən çıxmağaı və daha sərt addımlar atmağa çağırış edib.
Jirnov, Putinin sonunun 1989-cu ildə devrilən və edam edilən Rumıniya lideri Nikolay Çavuşeskuya bənzər ola biləcəyini də bildirib. “Putinin devrilməsi mümkünsüz kimi görünür, amma eyni şey Çavuşesku üçün də deyilirdi. Rusiya müharibəni uduzarsa, Sovetlər Birliyi kimi dağılması mümkündür”, - deyə o vurğulayıb.
Bəsti Rəfizadə