MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb - FOTOLAR

MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb - FOTOLAR

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

 

Sfera.az MEDİA-ya istinadən xəbər verir ki, görüşdə Əhməd İsmayılov sözügedən proqramın könüllülərə təqdim etdiyi imkanlar, Agentlik tərəfindən media sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb.

 

O, belə layihələrin jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan şəxslərin praktiki və nəzəri biliklərinin artırılması üçün önəmli olduğunu, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stimullaşdırılması, peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini bildirib. Sonda isə Əhməd İsmayılov gənclərin inkişafı istiqamətində görülən tədbirlərin, onlar arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

 

Üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikirləri dinlənilib, təklifləri nəzərə alınıb və proqramın məqsədlərinə uyğun istiqamətlər müəyyən edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...