Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR-Video

Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR-Video

Paytaxtda və bölgələrdəki maşın bazarlarında bahalaşma müşahidə olunur. Buna səbəb kimi isə ili köhnə olan avtomobillərin xaricdən artıq gəlmədiyi, bunun əvəzində isə yaranan təlabatı ödəmək üçün bu cür maşınların sayının getdikcə azalmasıdır. "XəzərXəbər” bazarlardakı bahalaşmanın həcmini araşdırıb.

Həm paytaxtda həm də bölgələrdə avtomobil qiymətlərdə artım müşahidə olunur. Satıcılar qiymət artımını əsasən xaricdən artıq köhnə avtomobil gəlmədiyinə görə belə avtomobillərə təlabatın artmasında görürlər.

Alıcılar isə qiymətlərin bu dəfə öncəki aylardan daha çox bahalandığını bildirirlər. Hətta bu qiymət fərqinin minlərlə manat olduğunu düşünürlər.

Gəncənin avtomobil bazarında satıcılar müştəri qıtlığından şikayətlənsə də alıcılar isə buna qiymətlərin baha olmasını səbəb göstərirlər.

Bərdənin avtomobil bazarında da qiymət artımı müşahidə olunur.

Ancaq müşahidə olunan budur ki, bölgələrdəki qiymət artımı paytaxtla müqayisədə daha azdır. Və Bakıdan fərqli olaraq bölgələrdə tələbat daha çox Rusiya istehsalı olan avtomobillərədir.(xezerxeber.com)


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...