Etirazlar başladı - Tramp hakimiyyətdən gedəcək?

Etirazlar başladı - Tramp hakimiyyətdən gedəcək?

ABŞ-də minlərlə insan prezident Donald Tramp və onun administrasiyasının siyasətinə etiraz etmək üçün küçələrə çıxıb. Etirazçılar hesab edirlər ki, Tramp vətəndaş azadlıqlarını və hüququn aliliyini heçə sayır, miqrasiya siyasətində həddindən artıq sərt addımlar atır, federal iş yerlərini ixtisar edir və bu davranışları ilə ölkə iqtisadiyyatına zərər vurur.

 

Maraqlıdır, bu hadisələr fonunda Trampa yenidən impiçment elan edilə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, impiçment məsələsinin gündəmə gəlmə ehtimalı var:

 

“ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra ölkənin həm daxili, həm xaricində ciddi dəyişikliklər müşahidə olunur. Bu radikal addımlar biri də ABŞ-nin tarif siyasəti ilə bağlı oldu. Son vaxtlar ABŞ daxilində siyasətlə bağlı mövcud iqtidara qarşı aksiyalar başlayır. Eyni zamanda, Trampın komandasında da fikir ayrılıqları müşahidə olunmaqdadır. Bu fikir ayrılıqlarının göründüyündən daha dərin olduğu da istisna deyil. Tramp və onun vaxtilə əsas əqidə yoldaşlarından biri olan və yaxud bizə elə təqdim olunan iş adamı İlon Mask arasında da artıq ziddiyət müşahidə olunur. ABŞ daxilindəki bu böhanın böyüyəcəyi gözlənilir. Təkcə məsələ tariflə bağlı deyil. Həmçinin, ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinin dəyişməsi də ciddi narazılıqlara səbəb olur”. 

 

K.Novruzovun fikrincə, Tramp hakimiyyəti üçün hansısa təhdid və ya təhlükə yoxdur. O, öz hakimiyyətini qorumağı bacaracaq. Lazım gələrsə, Rusiya da bu məsələdə Trampa kömək edəcək. 

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...