Məşhur aktyor ikinci dəfə oğurluq etdi

Hadisə
20:30 / 20.04.2025
4806
Türkiyənin məşhur "Quruluş Osman" serialının aktyoru Ümid Gündəşin İstanbulun Ovçular rayonunda çamadan oğurladığı müəyyən edilib.
Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 27-də baş verib.
O, mağazanın qarşısındakı çamadanı oğurlayaraq, ərazidən uzaqlaşıb.
Mağaza sahibləri şikayətçi olmadıqlarına görə aktyora qarşı ittiham irəli sürülməyib.
Ü.Gündəşin keçən il marketlərin birində yağ oğurlaması müşahidə kameralarına düşmüşdü.