Şaxtalı havada bunları etmək olmaz!

Şaxtalı havada bunları etmək olmaz!
Son günlər ölkə ərazisində şaxtalı, qarlı hava şəraiti hökm sürür.
 
Qışın, qarın yaratdığı tək problem yolların buz bağlaması, nəqliyyatın çətinləşməyi deyil. Qar hər şeydən vacib olan sağlamğlığa da ziyan vura bilər, əgər diqqətli olmasaq.

Qarlı və şaxtalı havada özümü necə qoruyaq?

Qarlı hava ətrafda xoşagələn mənzərə yaratsa da, uzun müddət bu mənzərəyə tamaşa etmək qar korluğuna səbəb ola bilər. Həkimlər bildirir ki, davamalı olaraq 6-12 saat arası qarlı havada gəzmək gözlərin işığa qarşı həssaslaşmağına və qar korluğuna səbəb ola bilir. Bunun səbəbi günəşin ultrabənövşəyi şüalarının qar və buz üzərində əks olunaraq gözə ziyan vurmağıdırı. Ona görə də ilk növbədə qarlı havada qoruyucu eynəklərdən istifadə etmək lazımdır. 

Xəstəliyin əlamətlərinə gəlincə, bunun ilkin əlaməti gözlərdə qum dənələri olduğunu hiss etməkdir. Daha sonra xəstə gözündə ağrı hiss edir, işığa qarşı hədsiz dərəcədə həssaslaşır və gözündən dayanmadan yaş gəlir. Yavaş-yavaş gözün görmə qabiliyyəti azalır. 

İlk növbədə qeyd edək ki, belə olanda gözləri ovuşdurmaq olmaz. Xəstəlikdən müalicə olunmaq üçün gözün su ilə yuyulması və göz yaşının reabilitasiyası lazımdır. Göz qapaqlarının üzərinə kompres qoymaq da məsləhətdir. 

Qarlı və buzlu havada soyuqdan qorunmağın qalın geyinməkdən başqa bir yolu isə yaxşı qidalanmaqdır. Çünki bəzi qidalar insan bədənində enerjini artırır, üşüməyin qarşısını alır. Bunlar ət, balıq və süddür. Yaxşı qidalanmağı bədəni isti saxladğına görə belə havada pəhriz saxlamaq, ac qalmaq məsləhət görülmür. Evdən çıxmazdan əvvəl və ya çöldən evə gələndə isinmək üçün südlü çay içmək məsləhətdir. Buzlu havada ağızla nəfəs almaq, bərkdən danışmaq və qaçmaq olmaz. Çünki həddən artıq soyumuş selikli qişanın qoruyucu xüsusiyyətləri azalır və belə olan halda çox asanlıqla soyuqdəymə olur. Həkimlərin fikrincə, əsəbi insanlar daha tez üşüyürlər. 

Soyuq havada spirtli içkilər digər günlərdən daha pis təsir edir. Belə ki, alkoqol çox miqdarda istilik itkisinə səbəb olur. Bunaunla yanaşı aldadıcı istilik illüziyası yaradır. Həmçinin donmanın əlamətlərinə diqqətin toplanmasına mane olur. Qarlı havanın yaratdığı başqa bir xəstəlik isə üz iflicidir. Üz iflici isti yerdən soyuq havaya çıxanda baş verir. Bunun ilkin əlamətləri qulaq arxasında ağrı, üzdə keyimə, ağız kənarlarında quruma və s.dir. üz iflicindən qorunmaq üçün mümkün qədər sifəti soyuqdan qorumaq lazımdır. 

Qarlı və bulu havaya qarşı ən həssas insanlar qocalar və uşaqlardır. Belə havalarda qocaların, uşaqların və xəstə adamların mümkün qədər çölə çıxmamağı məsləhtdir. Yaşlıların donma riski daha yüksəkdir. İnsan necə donur? Donmanın ilkin səbəbi bədəndə tempraturun aşağı enməsidir. İnsan bədənin normal tempraturu 36.5 dərəcədir. Bu tepmeratur 34 dərəcəyə enəndə qan dövranı dayanmağa başlayır. Nəticədə yavaş-yavaş orqanlar ölür. Donmanın ilkin əlamətlərindən biri görmə qabiliyyətinin zəifləməyə başlamağıdır. 

Bundan başqa insan donmağa başlayanda qulaqlarda uğultu, əzələlərdə zəiflik, halsızlıq, tez-tez əsnəmək, diqqətin yayınması və bədəndə səssizlik yaranır. Əgər insanda bu əlamətlər üzə çıxırsa, həmnin adamı qoruna biləcəyi isti yerə aparmaq, üstünü örtmək və bədəninə masaj eləmək lazımdır./azvision.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...