ABŞ ordusunun veteranı təyyarəni qaçırıb, pilotu öldürməyə cəhd etdi - VİDEO


ABŞ ordusunun veteranı təyyarəni qaçırıb, pilotu öldürməyə cəhd etdi - VİDEO

ABŞ ordusunun veteranı təyyarəni qaçıraraq pilotu öldürməyə çalışıb.
 

Sfera.az xəbər verir ki, hadisə Karib hövzəsinin Meksika ilə həmsərhəd kiçik ştatı Belizdə baş verib. İki sərnişini yaralayan və pilotu hədələyən amerikalı sonda başqa bir sərnişin tərəfindən güllələnib.
 

49 yaşlı ABŞ ordusu veteranı Akinyela Sawa Taylor kimi tanınan ABŞ vətəndaşı Karib hövzəsi ölkəsi Belizdə kiçik sərnişin təyyarəsini qaçıraraq iki sərnişin və pilotu yaraladıqdan sonra güllələnib.
 

Belizdə yerləşən “Tropic Air” şirkətinin idarə etdiyi “Cessna Grand Caravan” göyərtəsində 14 sərnişinlə Korozaldan San Pedro adasına uçarkən təyyarəni qaçıran şəxs pilotu və sərnişinləri bıçaqla hədələyib. O, iki nəfəri yaralayıb və pilotdan onu ölkədən çıxarmağı tələb edib, lakin onun yaraladığı sərnişin lisenziyalı silahla sinəsindən atəş açıb.
 

Taylor tərəfindən qaçırılan təyyarə iki saatdan çox Beliz Siti yaxınlığındakı sahil zolağında dövrə vurub və yerə endikdən sonra onun yanacaq çənlərinin demək olar ki, boş olduğu məlum olub.


Təyyarəni qaçıran şəxs xəstəxanada ölüb, yaraladığı sərnişinlərdən biri, onu silahla vuran şəxs isə ağır vəziyyətdədir. O, kürəyindən bıçaq zərbəsi alıb, ağciyəri zədələnib.
 

Hadisənin təfərrüatları və təyyarəni qaçıran şəxsin motivləri hələlik məlum deyil. Lakin polis komissarı Çester Uilyams bildirib ki, Taylor əvvəllər Belizeyə girişdən imtina edilib və onun sərhədi necə keçə bildiyi bəlli deyil. Hadisə zamanı xilasedici helikopter təyyarəni izləyirmiş.


"Biz ən yaxşısına ümid edirdik. Vertolyot təyyarənin hara enəcəyini görmək üçün onu təqib etməli idi. Ona görə də onlar təyyarəni dənizdə və ya adalardan birinə təcili eniş etmək qərarına gəlsələr, biz tez bir zamanda cavab vermək və sərnişinlərə kömək etmək üçün gələrdik"- deyə o, jurnalistlərə bildirib.


Uilliyams daxili reyslərdə təhlükəsizlik prosedurlarının nəzərdən keçiriləcəyini bildirib.
 

ABŞ səfirliyinin sözçüsü Luke Martin jurnalistlərə bildirib ki, səfirlik insidenti araşdırmaq üçün Belizdə işləyir.
 

Martin əlavə edib ki, diplomatik nümayəndəliyin insident zamanı Teylorla əlaqəsi olmayıb və onun Belizdə olmasından xəbəri olmayıb.

 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Maraş dondurması yedilər - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.   Sfera.az&nb...

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz ...

Prezidentin Türkiyə səfərindən yeni görüntülər - VİDEO

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb.   Sfera.az paylaşımı təqdim edir:     &...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.   Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi...

Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzər...

Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbay...