Dünyanın ən kiçik ölkələrindən biri bankomatlara sahib oldu


Dünyanın ən kiçik ölkələrindən biri bankomatlara sahib oldu

Sakit okean ölkəsi Tuvalu bu həftə ilk dəfə bankomatlar istifadəyə verib. Əvvəllər həm yerli sakinlər, həm də nadir turistlər üçün bütün ödəniş əməliyyatları nağd şəkildə həyata keçirilirdi.
 

Sfera.az bildirir ki, bankomatları Tuvalunun baş naziri Feleti Teo ölkənin əsas Funafuti adasında keçirilən tədbirdə təqdim edib. Baş nazir çıxışında bankomatların tətbiqini əlamətdar hadisə adlandırıb, Tuvalu Milli Bankının baş direktoru Siose Teo isə ölkədə dönüş etdiyini bildirib.
 

Bayram şərəfinə tədbir iştirakçıları nəhəng şokoladlı tort sifariş ediblər. Onu kəsmək şərəfli vəzifəsi Baş nazir Teoya həvalə edilib.
 

Qeyd edək ki, Tuvalu təxminən 11.000 nəfər əhalisi olan dünyanın ən kiçik ölkələrindən biridir. Ölkə doqquz adada yerləşir və aralarındakı əlaqələr bərələrlə təmin edilir. Funafuti hava limanı qonşu Fici ada ölkəsindən həftədə yalnız bir neçə uçuş yerinə yetirir. Uçuşlar olmadıqda uçuş-enmə zolağı idman meydançası kimi istifadə olunur.


Tuvalunda turistlər nadirdir: məsələn, rəsmi məlumatlara görə, 2023-cü ildə cəmi üç minə yaxın turist qeydə alınıb.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Maraş dondurması yedilər - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.   Sfera.az&nb...

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz ...

Prezidentin Türkiyə səfərindən yeni görüntülər - VİDEO

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb.   Sfera.az paylaşımı təqdim edir:     &...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.   Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi...

Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzər...

Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbay...