RusiyaOlesnya qəsəbəsini yenidən ələ keçirdi

RusiyaOlesnya qəsəbəsini yenidən ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olduğu Kursk vilayətindəki Olesnya qəsəbəsinin yenidən Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda “Şimal Hərbi Qrupu bölmələrinin aktiv hərəkətləri nəticəsində Olesnya qəsəbəsi azad edilib” ifadəsinə yer verilib.

Açıqlamada, Rusiya qüvvələrinin Kursk bölgəsində Ukrayna hərbçilərinə qarşı hücumlarını davam etdirdiyi bildirilib. Nazirlik əlavə edib ki, Ukrayna ordusu 2024-cü ilin avqust ayından bu yana Kursk istiqamətində 75 170 hərbçi, 411 tank, 335 piyada döyüş maşını, 307 zirehli transportyor və 2 280 müxtəlif növ zirehli texnika itirib.

 

Qeyd edək ki, 6 avqust 2024-cü ildə Ukrayna əsgərləri Rusiyanın nəzarətində olan Kursk bölgəsinə daxil olduqdan sonra tərəflər arasında intensiv qarşıdurmalar başlayıb və bu toqquşmalar hələ də davam edir.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz ...

Prezidentin Türkiyə səfərindən yeni görüntülər - VİDEO

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb.   Sfera.az paylaşımı təqdim edir:     &...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.   Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi...

Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzər...

Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbay...

Test imtahanında 4228 nəfər müəllim iştirak etdi

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.   B...