Göydəniz Qəhrəmanov Ümummilli liderə həsr olunmuş kitabının təqdimatında - FOTOLAR

Göydəniz Qəhrəmanov Ümummilli liderə həsr olunmuş kitabının təqdimatında - FOTOLAR

"YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, xalq artisti, professor Zamiq Əliyevin müəllifi olduğu “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimində iştirak etdik".

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili Göydəniz Qəhrəmanov bildirib. Deputat YAP Yasamal rayon təşkilatına təşəkkürünü çatdıraraq deyib:

 

"Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal RİH başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərov, millət vəkilləri Aydın Mirzəzadə və Vüqar Rəhimzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, BDU-nun Tarix fakültəsinin dosenti Azad Rzayev, xalq artisti Zamiq Əliyev, Azərbaycan Nar istehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, ictimaiyyət nümayəndələri və media iştirak edirdi.

“Səhnəarxası görüşlər” əsəri ümummilli lider Heydər Əliyevin sənət xadimləri ilə keçirdiyi görüşlərdəki səmimiliyi, analitik düşüncəsi və dərin dövlətçilik baxışını əks etdirən unikal xatirələr toplusudur. Bu nəşr təkcə keçmişə baxış deyil, həm də gələcək nəsillərə ötürüləcək qiymətli örnəkdir. Zamiq müəllimi bu gözəl təşəbbüs münasibətilə təbrik edirəm".

 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Maraş dondurması yedilər - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.   Sfera.az&nb...

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz ...

Prezidentin Türkiyə səfərindən yeni görüntülər - VİDEO

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb.   Sfera.az paylaşımı təqdim edir:     &...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.   Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi...

Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzər...

Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbay...