Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri-adi proqnozlarla yenidən gündəmdədir.

 

Sfera.az “Japan Today” nəşrinə istinadən xəbər verir ki, “Yapon Baba Vanqa” kimi tanınan Tatsuki 1999-cu ildə nəşr etdiyi “Mənim Gördüyüm Gələcək” adlı komiksində (illüstrasiyalardan ibarət qrafik hekayə formasıdı) 2020-ci ildə dünyanı bürüyəcək təhlükəli virus haqqında xəbərdarlıq etmişdi.

 

Tatsuki komiksində “Təxminən 2020-ci ildə naməlum bir virus ortaya çıxacaq və aprel ayında zirvəsinə çatacaq” sözlərini yazıb. Bu qeydlər 2020-ci ildə baş verən Covid-19 pandemiyası ilə tam uyğunluq təşkil edir. Pandemiya bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb oldu, karantinlər və sərt qapanmalar yalnız 2022-ci ildən etibarən aradan qalxdı.

 

Yazıçının daha bir diqqətçəkən proqnozu isə gələcək illərlə bağlıdır. Tatsuki komiksində qeyd edir ki, virus bir müddət yox olacaq, lakin təxminən 10 il sonra, yəni 2030-cu ildə yenidən ortaya çıxacaq. Bu, yeni pandemiyanın başlaya biləcəyi ehtimalını artırıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu ehtimalları nəzərə alaraq gələcək pandemiyalara qarşı hazırlıqların gücləndirilməsi üçün addımlar atır. Hazırda quş qripi (H5N1), qızılca, mpox və Ebola kimi xəstəliklər bir çox ölkələrdə ciddi narahatlıq doğurur.

 

Tatsukinin proqnozlarının “15 illik dövrə” üzrə baş verdiyi iddia olunur. Bu isə o deməkdir ki, əgər 2030-cu ildə virusun geri dönüşü baş verməsə, təhlükə 2045-ci ilə qədər təxirə düşə bilər.

 

Tatsukinin komiksində yer alan digər narahatedici proqnoz isə 2025-ci ilin iyul ayında baş verəcək böyük sunami ilə bağlıdır. Yazıçının bu təbii fəlakəti də yuxularında gördüyü və kağıza köçürdüyü bildirilir.

 

Qeyd edək ki, Tatsuki daha əvvəl məşhur müğənni Freddie Mercury və Princess Diananın ölümünü də əvvəlcədən proqnozlaşdırıb. Onun yuxular vasitəsilə gələcəyi görməsi və bunları manqa şəklində təsvir etməsi illərdir maraqla izlənir.

 

Elm adamları bu cür proqnozlara skeptik yanaşsalar da, bəzi mütəxəssislər gələcək pandemiyalar və təbii fəlakətlərə qarşı hazırlıqlı olmağın vacibliyini xatırladırlar.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...