Bu bürclərə xəbərdarlıq - 2 ay davam edəcək...

Bu bürclərə xəbərdarlıq - 2 ay davam edəcək...

Mars Şir bürcündə hərəkətə başlayır. Artıq 17 iyun tarixinədək Mars Şir bürcündə olacaq. Bu dövr insanlarda özünü ifadə etmək, diqqət çəkmək və məqsədlərə birbaşa yönəlmək ehtiyacını artırır. Hərəkət, cəsarət və ehtiras dolu günlər bizi gözləyir. Xüsusilə keçmişdə dayandırılmış planlar bu dövrdə yenidən irəliləyə bilər. Ay isə bu gün Oxatan bürcündəki keçidini başa vuraraq Oğlaq bürcünə keçir.
 

Sfera.az günlük qoroskopu təqdim edir: 

 

Qoç – Marsın sənə dəstək verən bu keçidi ilə romantik və yaradıcı enerjin yüksəlir. 17 iyuna qədər olan müddət hobbi, uşaqlar və sevgi sahələrində canlanma gətirəcək. Enerjini düzgün yönləndirsən, əyləncəli və məhsuldar günlər yaşayacaqsan.

 

Buğa – Bu dövrdə ev işlərinə və şəxsi həyatına enerji sərf edəcəksən. Keçmişdə yarımçıq qalan evlə bağlı məsələləri həll etmək üçün əlverişli zamandır. Lakin ailə içində gərginliklərə qarşı diqqətli ol.

 

Əkizlər – Yazmaq, öyrənmək və insanlarla əlaqə qurmaq üçün güclü motivasiya hiss edəcəksən. Lakin səbrsizlik və tələsiklik problemlər yarada bilər.

 

Xərçəng– Pul və resurslara dair aktivlik artacaq. Gəlirlərini artırmaq üçün təşəbbüs göstərmək üçün əlverişli zamandır. Lakin impulsiv xərclərə qarşı ehtiyatlı ol.

 

Şir– Şəxsi gücün artır, təşəbbüskar və özünəinamlı davranmağa başlayırsan. Gecikmiş işlər irəliləyə bilər. Diqqət: reaksiyalarını idarə etməyi unutma.

 

Qız – Bu dövr sənə özünü dəyərləndirmək, sakitləşmək və planlarını gözdən keçirmək üçün fürsət verir. Enerjini özünü toparlamağa və psixoloji rahatlığa yönəltməyə çalış.

 

Tərəzi – Layihələr, komandalar və ortaq məqsədlərlə bağlı yeni addımlar ata bilərsən. Həm liderlik arzun artır, həm də əlaqələr güclənə bilər. Motivasiya yüksəlir.

 

Əqrəb – Peşəkar inkişaf üçün güclü bir dövrdür. Planlarını həyata keçirmək və mövqeyini möhkəmləndirmək üçün ideal zamandır. Qətiyyətli və irəliləyiş yönümlü olacaqsan.

 

Oxatan – Səyahət, təhsil və fərqli təcrübələrə yönəlmək üçün əlverişli dövrdür. Ruh yüksəkliyi ilə bir çox şeyi yenidən başlaya bilərsən.

 

Oğlaq – Bu dövrdə gizli istəklərin və duyğuların daha da aktuallaşa bilər. Ortalıqda olmayan, dərin məsələlərlə məşğul olacaqsan. Eyni zamanda, maliyyə və əlaqələr sahəsində dönüşüm mümkündür.

 

Dolça – İkili əlaqələrdə dinamizm artacaq. Qarşılıqlı münasibətlərdə qətiyyətli olsan da, qarşıdurmalardan yayınmağa çalış.

 

Balıq – Bu dövrdə daha çox işləyəcək, gündəlik rituallarını dəyişmək və daha sağlam yaşamaq üçün addımlar atacaqsan. Lakin özünü yormamağa diqqət etməlisən.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...