“Zəfər” ordenli generala yüksək vəzifə verildi


“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Azərbaycan Ordusunun 4-cü Ordu Birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

 

Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu Birliyinin komandiri vəzifəsinə gətirilib.

 

Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.

 

Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub.

 

O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.

 

General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Piriverdiyev bir müddət XTQ-nin komandan vəzifəsini icra edib.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.

 

Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.

 

O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.

 

A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Ailəlidir, 3 övladı var. (Teleqraf)


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...