Azərbaycanda bank kartları ilə bağlı yeni DƏLƏDUZLUQ növü YAYILIB: "Kabus toxunuşu"

Azərbaycanda bank kartları ilə bağlı yeni DƏLƏDUZLUQ növü YAYILIB: "Kabus toxunuşu"

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb.

 

Sfera.az “apa.az”a istinadən xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq ediblər.

 

Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır.

 

Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər.

 

Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən “Ghost Tap” (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir.

 

Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayıblar:
 

• Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır.

• Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa.

• Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın.

• Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin.

• Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun.

• “Təhlükəsiz ödənişlər” funksiyasına malik antivirus qoruma həlli quraşdırın.

 

Kibertəhlükəsizlik şirkətləri əlavə edirlər ki, dələduzlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar.


 

Sizin vəsaitlərinizi idarə edə bilmək üçün minimal məlumatlar da kifayə edir. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir:
 

"Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz – bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik”.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı

Türkiyənin Adana vilayətində meşə yanğınlarını söndürmək üçün göndərilən təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mə...

Bu ərazilərdə sabah qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə s...

Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.   Sfera.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövl...

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bö...

Ərdoğan Kahramanmaraşda “Qarabağa məktub” şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk şair və jurnalist Abdurrahim Karakoçun “Qarabağa məktub” şeirini səsləndirib.   Sfera.az &ld...

İranda daha bir "Mossad" agenti SAXLANILDI – VİDEO

  İranın xüsusi xidmət orqanları Tehranda İsrailin "Mossad" kəşfiyyat qurumuna işləyən agenti saxlayıb.   Sfera.az xəbər verir...