Azərbaycanda pensiyaya 5 il tez çıxmağın yolları - VİDEO

Azərbaycanda pensiyaya 5 il tez çıxmağın yolları - VİDEO
  1. “Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, həmin qadınların pensiya yaş həddi 5 il azaldılır”.

 

Sfera.az AzTV-yə istinadən xəbər verir ki, bunu DSMF-nin Sosial ödənişlər departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib.

 

P. Əlizadənin sözlərinə görə, yəni hazırda (2025-ci ildə) qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq: “Bundan əlavə, əgər vətəndaş 5 və daha çox uşağı olan qadındırsa, yaşı 59-dan aşağıdırsa, 18 yaşınadək uşaqları varsa, 5-dən çox uşağı olan qadınlara verilən müavinət növündən əldə edə bilər. Digər halda, əgər vətəndaş əlilliyi olan uşağa baxırsa, ona da yenə 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu, paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il azaldılsın. O zaman hər ikisində 59 yaş müəyyən olunur. Əgər vətəndaş vəfat etmiş şəxsin 8 yaşınadək sağlam uşağına qulluq edirsə, onun məbləği isə 120 manat təyin edilir. Bundan əlavə, əlilliyi olan uşağa qulluğa görə, 100 manat məbləğində təqaüd təyin olunur”.

 

Məlumat üçün bildirək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin aprelin 7-də keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunub.

 

Təklifə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.

 

Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

 

Ətraflı videomaterialda:


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə sabah qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə s...

Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.   Sfera.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövl...

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bö...

Ərdoğan Kahramanmaraşda “Qarabağa məktub” şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk şair və jurnalist Abdurrahim Karakoçun “Qarabağa məktub” şeirini səsləndirib.   Sfera.az &ld...

İranda daha bir "Mossad" agenti SAXLANILDI – VİDEO

  İranın xüsusi xidmət orqanları Tehranda İsrailin "Mossad" kəşfiyyat qurumuna işləyən agenti saxlayıb.   Sfera.az xəbər verir...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi.   Sfera.az xəbər verir ki, bu sözləri Preziden...