Bu gün muzey və qoruqlara giriş pulsuz olacaq

Bu gün muzey və qoruqlara giriş pulsuz olacaq

18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi açıq qapı günü elan edib.

 

Sfera.az-ın məlumatına görə, bu münasibətlə nazirliyin tabeliyində olan muzey və tarixi-mədəni qoruqlara ziyarətçilərin ödənişsiz qaydada girişi təmin olunacaq.

 

Paytaxtda yerləşən muzeylərin bəzilərini təqdim edirik:

 

Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalça Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev muzeyi, Dəmiryol muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyaı Muzeyi, Miniatür Kitabların Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi

 

Qeyd edək ki, bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya mədəni irsinin qorunması və mühafizəsi məsələlərinə diqqəti cəlb etməkdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR