“Mən planla hazırlaşırdım və yüksək nəticə əldə etdim" – 300 bal toplayan şagird

“Mən planla hazırlaşırdım və yüksək nəticə əldə etdim" – 300 bal toplayan şagird

2025-ci ilin 9 mart tarixində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir neçə şagird maksimum bal - yəni 300 bal toplayıb. Həmin şagirdlərdən biri Bakı şəhəri, 313 saylı tam orta məktəbin şagirdi Fərid Mehdiyev olub. 


F.Mehdiyev əldə etdiyi uğurla bağlı Sfera.az-a açıqlama verib. 


O açıqlamasında bildirib ki, belə yüksək nəticə gözləməyib: 


“Yüksək nəticə gözləsəm də, 300 balı gözləmirdim. Azərbaycan dili fənnindən cavablamada tərəddüd etdiyim bir neçə sual var idi, amma xoşbəxtlikdən onlar da düzgün cavablandırılıb”.


Fərid uğurunun əsas səbəbi kimi planlı şəkildə hazırlaşmasını göstərib: 

 


“Mən əsasən planlarla hazırlaşırdım. Bütün abituriyentlərə də planlar əsasında hazırlaşmağı tövsiyə edirəm. Planlar həm nə etməli olduğunuzu göstərir, həm də inkişaf prosesinə kömək edir. Günlük olaraq özümə öhdəliklər təyin edirdim və onları yerinə yetirməyə çalışırdım”. 


O, balanslı yaşam tərzinin də müvəffəqiyyətində mühüm rol oynadığını qeyd edib:


“Boş vaxtımın bir hissəsini dincəlməyə və əylənməyə ayırırdım. Fikrimcə, uğurun sirri dayanmadan çalışmaq deyil, iş və əyləncə arasında balans saxlamaqdır. Boş vaxtımın bir hissəsini kompüterlərlə məşğul olmağa da sərf edirdim, çünki bu sahə maraq dairəmə daxildir”.


Uğur yolunda ona ən çox dəstək olanların valideynləri və müəllimləri olduğunu deyən Fərid gələcək planlarından da bəhs edib:


“Əsas arzularımdan biri informasiya təhlükəsizliyi ixtisası üzrə ali və peşəkar təhsil almaqdır. Bu sahənin dərinliklərini öyrənmək və gələcəkdə güclü kibertəhlükəsizlik mütəxəssisi olmaq istəyirəm. Gələcəkdə xaricə çıxmaq və magistratura təhsilimi xaricdə davam etdirmək də planlarım arasındadır”.


Fərid abituriyentlərə motivasiyaedici mesaj da ünvanlayıb:


“300 bal mənə də bir vaxtlar əlçatmaz görünürdü. Amma budur, bu nəticəyə nail olmuşam. İnam və əzmlə çalışdıqdan sonra imkansız görünən hər şeyə nail olmaq mümkündür”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...