Bakının əsas avtomagistrallarında surət həddi aşağı salınıb
21:47 / 28.01.2017
816
Faktiki hava şəraiti ilə əlaqədar olaraq paytaxtın bir sıra magistrallarında sürət həddi dəyişdirilib.
Sfera.az "Report"a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - Hava limanı istiqamətində eləcə də Nobel prospekti - Zığ yolu-Hövsan istiqamətlərində bütün zolaqlar üzrə surət həddi 20 km/ saat aşağı salınıb.
Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.