Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Siyasət
07:01 / 18.04.2025
12239
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiqləyib.
Sfera.az xəbər verir ki, sazişin təsdiqi ilə bağlı məlumat “Resmi Gazete”də yayımlanıb.
Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış Saziş 8 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub