AQTA-dan 4 ölkəyə xəbərdarlıq


AQTA-dan 4 ölkəyə xəbərdarlıq

Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür.

 

 

Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

 

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

 

Məhsulun adı

İstehsal və son istifadə tarixi

Mənşə ölkəsi

İstehsalçı

Uyğunsuzluq

Kərə yağı

04.09.2024

-

03.09.2026

Yeni Zelandiya

“Fonterra Limited”

Kampesterin

Nərə kürüsü

13.02.2025

13.08.2025

Çin

“QUZHOU XUNLONG AQUATIC FOOD SCI-TECH DEVELOPMENT CO., LTD”

Qurğuşun (Pb)

Araxis

01.01.2025

-

01.01.2026

Özbəkistan

“Raise Production Business”

Aflatoksin B1

Ərik qurusu

28.11.2024

-

28.09.2025

Özbəkistan

 “Muxlis Kemal Agro Export”

Kükürd dioksidin kütlə payı

Mal piyi

28.12.2024

-

27.12.2026

Rusiya

“Bryansk Meat Company”

 Donuz əti DNT-si

Dondurulmuş donuz əti

16.01.2025

-

06.01.2027

Rusiya

 ОАО “Великолукский мясокомбинат”

Sarkosporidium (ibtidai parazit)


OXŞAR XƏBƏRLƏR