Tramp qərar verdi: Nyu-Yorka uça bilməzlər
Dünya
18:51 / 28.01.2017
1118
Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib.
Bildirilir ki, bu qərar prezident Donald Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib.
Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər.