Kral Çarlz oğlunun zənglərinə cavab vermir - Krallıqda yeni böhran

Kral Çarlz oğlunun zənglərinə cavab vermir - Krallıqda yeni böhran

İngiltərə Kralı III Çarlz ilə oğlu, şahzadə Harri arasında gərginlik yaranıb. İddialara görə, Kral oğlu Harridən gələn zənglərə və əlaqə cəhdlərinə cavab vermir.

 

Sfera.az xəbər verir ki, "People" jurnalının məlumatına görə, Harri atasının xərçəng olduğunu yalnız mediadan öyrənib. O, Kral Çarlzla əlaqə qurmağa çalışsa da, zəng və məktubları cavabsız qalıb.


Mənbələr ata-oğul münasibətlərini “məsafəli” adlandırır. "Son görüşləri bu ilin fevralında baş tutub, o vaxtdan bəri birbaşa ünsiyyət olmayıb", - deyə xəbərlərdə qeyd olunub.


Eyni zamanda Harri, Londondakı məhkəmədə polis mühafizəsinin ləğvini “haqsız və alçaldıcı” adlandırıb. O, təhlükəsizliklə bağlı qərarın Birləşmiş Krallıqda qalmasına mane olduğunu bildirib. Saray isə Kralın fərdi məhkəmə işlərinə müdaxilə etmədiyini açıqlayıb.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...