Azərbaycan birinci rübdə 1,7 milyard dollarlıq qızıl alıb

Azərbaycan birinci rübdə 1,7 milyard dollarlıq qızıl alıb

Azərbaycan dövləti 2025-ci ilin birinci rübü ərzində xaricdən təxminən 1,7 milyard dollar dəyərində qızıl alıb. 


Sfera.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, qızıl idxalına çəkilən xərc cəmi idxalın 30 faizini təşkil edib. 


Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə qızıl idxalı 12 milyon dollar səviyyəsində olmuşdu. 


Qeyd edək ki, Azərbaycan 2024-cü ilin ikinci yarısından böyük miqdarda qızıl alışını həyata keçirir. Böyük miqdarda alınan qızıl Dövlət Neft Fondunun ehtiyatları üçün nəzərdə tutulur. 2024-cü ildə təxminən 3,3 milyard dollar dəyərində qızıl alınıb. 


2025-ci ilin yalnız birinci rübündə isə artıq 1,7 milyard dollarlıq qızıl idxal edilib. 


Dövlət Neft Fondu ehtiyatlarının 25 faizini qızıl şəklində saxlayacaq. Bu nisbəti təmin etmək üçün qızıl idxalı davam etdirilir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...