"Temu" və "Shein" qiymətləri artırır - Tarix açıqlandı

"Temu" və "Shein" qiymətləri artırır - Tarix açıqlandı

ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi yüksək gömrük rüsumları e-ticarət sektoruna təsir etməyə başlayıb. Çinin məşhur onlayn alış-veriş platformaları "Temu" və "Shein" ABŞ-də satdıqları məhsulların qiymətlərini artıracaqlarını açıqlayıblar.

 

Sfera.az xəbər verirki, şirkətlər qiymətlərdəki artım faizini açıqlamasa da qərarın 25 aprel tarixindən etibarən qüvvəyə minəcəyi bildirilib. Hər iki platformanın eyni vaxtda oxşar açıqlama yayması diqqət çəkib.


Məlumatda qeyd olunur ki, ABŞ-nin gömrük tarifləri səbəbilə əməliyyat xərcləri ciddi şəkildə artıb və bu da qiymətlərin yüksəlməsinə səbəb olub.


Ekspertlər isə bildirirlər ki, ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları, eyni zamanda 800 dollar altındakı məhsullara verilən gömrük azadolmasının 2 maydan etibarən ləğv olunması, ölkədə ucuz Çin məhsullarına çıxışı çətinləşdirəcək. Elektrikli avtomobil və inyektor kimi bəzi məhsullara tətbiq olunan vergi isə %245-ə çatıb.


Hazırda Çindən ABŞ-yə gündəlik təxminən 4 milyon ədəd aşağı dəyərli bağlamanın daxil olduğu bildirilir. Yeni gömrük qaydalarının bu rəqəmlərə də təsir edəcəyi gözlənilir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...