Bank Respublikaya inam zəifləyib? - Müştərilər 136 milyon manatı çıxarıb

Bank Respublikaya inam zəifləyib? - Müştərilər 136 milyon manatı çıxarıb

Azərbaycanın tanınmış banklarından olan "Bank Respublika" ASC-yə müştərilərin etimadı azalıb. 


Sfera.az bankın açıqladığı rüblük məlumata istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarını əhatə edən 3 ay ərzində bankda olan depozitlərin məbləği 136 milyon manata yaxın azalıb.

 

2024-cü ilin sonunda bankda 1,348 milyard manat depozit olduğu halda 2025-ci ilin aprelin 1-də depozitlərin məbləği 1,212 milyard manata düşüb. 


Depozitlərdə ən çox azalma hüquqi şəxslərin vəsaitlərində müşahidə edilib. Hüquqi şəxslər bankda olan 712 milyon manat məbləğindəki depozitlərinin 116 milyon manatını götürüb. Nəticədə bankda hüquqi şəxslərə aid olan depozitlərin məbləği 596 milyon manata düşüb. 


Fiziki şəxslərin də əmanətlərində azlama qeydə alınıb. Fiziki şəxslərin əmanətlərinin məbləği 3 ay ərzində 20 milyon manat azalaraq 616 milyon manat olub. 
“Bank Respublika” depozitlərdə 135 milyon manatlıq azalmanı kompensasiya etmək üçün digər mənbələrdən böyük məbləğdə borc cəlb edib.


Belə ki, 3 ay ərzində bank kredit təşkilatları və digər maliyyə institutları qarşısında borcunu 534,5 milyon manatdan 715 milyon manata çatdırıb. Yəni, bank bu istiqamət üzrə borcunu 180,5 milyon manat artırıb. 


Məhz bu artım hesabına bankın ümumi öhdəlikləri də artaraq 2 milyard manatı keçib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...