Yerdən kənarda həyatın izləri aşkarlanıb: "Bu, ən güclü sübut ola bilər"

Yerdən kənarda həyatın izləri aşkarlanıb: "Bu, ən güclü sübut ola bilər"

Alimlər Yer kürəsindən 120 işıq ili uzaqlıqda yerləşən "K2-18b" adlı planetdə yadplanetlilərə dair ən güclü sübutu aşkar etdiklərini açıqlayıblar.

 

Sfera.az xəbər verir ki, Kembric Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində, bu planetin atmosferində Yerdə əsasən canlı orqanizmlərlə əlaqəli olan bir molekulun izinə rast gəlinib.

 

Tədqiqatın nəticələri nüfuzlu "Astrophysical Journal Letters" jurnalında dərc edilib.


Tədqiqatın müəllifi, professor Nikku Madhusudhan, "BBC"yə verdiyi açıqlamada qeyd edib ki, bu, indiyə qədər başqa planetdə həyat olduğuna dair ən güclü sübut ola bilər. "Bu siqnalı bir və ya iki il ərzində real şəkildə təsdiqləyə biləcəyimizi düşünürük”, – deyə o bildirib.


Araşdırmalar "K2-18b"nin dərin bir okeanla örtülü ola biləcəyini və orada canlı orqanizmlərin yaşaya biləcəyini göstərir. Alimlər, Yerdə dəniz fitoplanktonları və bakteriyalar tərəfindən istehsal olunan kimyəvi maddələrin bu planetdə minlərlə dəfə çox olduğunu müəyyən ediblər.


Tədqiqatçılar planetin hidrogenlə zəngin atmosferə və Yerdəkindən daha dərin okeanlara sahib ola biləcəyini vurğulayıblar. Araşdırmanın həmmüəlliflərindən Mans Holmberq deyib ki, bu sistemdə hər şey yad və fərqlidir. Onun sözlərinə görə, Günəş sistemimizdə buna bənzər bir şey yoxdur.


Hazırda planetdə aşkar olunan molekulların canlı orqanizmlərlə əlaqəli olub-olmadığı araşdırılır. Tədqiqatçılar bu kimyəvi izlərin daha əvvəl müşahidə olunmamış bir prosesin nəticəsi ola biləcəyini də istisna etmirlər.


“Ya tamamilə yeni bir kimyəvi proseslə qarşı-qarşıyayıq, ya da Yer kürəsindən kənarda həyatın ilk izlərinə şahidlik edirik", – deyə Holmberq bildirib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...