Çin ABŞ neftindən imtina etdi - Kanada ilə böyük razılaşma imzalandı

Çin ABŞ neftindən imtina etdi - Kanada ilə böyük razılaşma imzalandı

Çin ilə ABŞ arasında davam edən ticarət müharibəsi enerji sahəsin də öz təsirini göstərməyə başlayıb. Pekin rəhbərliyi ABŞ-dən neft idxalını kəskin şəkildə azaldaraq, diqqətini Kanadaya yönəldib.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Çin ABŞ-dən neft idxalını təxminən 90 faiz azaldıb və əvəzində Kanadadan rekord həcmdə xam neft idxal etməyə başlayıb.

 

Bu addım, Pekinin ABŞ-nin enerji sektorundan asılılığını azaltmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.


Qərbi Kanadada istifadəyə verilən yeni boru kəmərinin genişlənməsi, Çinin emal zavodlarının Kanadanın sıx və ucuz xam neftinə çıxışını asanlaşdırıb. Bu da Pekinin Kanada ilə neft ticarətini sürətlə artırmasına şərait yaradıb.


Rəqəmlər də bunu təsdiqləyir. 2025-ci ilin mart ayında Vankuver yaxınlığındakı terminaldan Çinə ixrac olunan neft həcmi 7,3 milyon barelə çataraq rekord göstəriciyə imza atıb. Aprel ayında isə bu göstəricinin daha da artacağı proqnozlaşdırılır.


Eyni dövrdə, Çinin ABŞ-dən neft idxalı ciddi şəkildə azalıb. İyun ayında 29 milyon barel olan idxal həcmi son aylarda 3 milyon barelə qədər geriləyib.


Mütəxəssislər bu addımı Çin və ABŞ arasında davam edən ticarət gərginliyinin enerji sahəsinə birbaşa təsiri kimi qiymətləndirirlər. ABŞ rəhbərliyi tərəfindən tətbiq edilən yüksək gömrük rüsumlarına qarşı Pekinin bu strateji cavabı, iki ölkə arasında münasibətlərin daha da gərginləşəcəyinin siqnalı kimi dəyərləndirilir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...