Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...

Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...

 

“Əmək pensiyaları” haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, dünən bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edilib:


"Bu dəyişiklik ilə əlaqədar bizə ünvanlanan suallardan bir qismi də yaşa görə müavinət alanların güzəşt hüququ və vəsaitin ödənilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız da güzəştli şərtlər daha tez müavinət almaq imkanına malik olurlar. Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda, Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir".

 

Millət vəkili qeyd edib ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Yəni, həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar.


"Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də 5 il daha tez təyin olur. Yəni, əgər bu kateqoriya üzrə qadın bu hüququdan istifadə edirsə o zaman 59, kişiyə şamil olunursa o halda 60 yaşında müavinəti ala bilər.

Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir",- V.Bayramov vurğulayıb.

 

Firuzə Əliyeva
 

 


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...