Abşeron Rayon İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib - FOTO

Abşeron Rayon İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib - FOTO

Güclü küləklə müşayiət olunan intensiv yağışlarla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində (RİH) Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirilmiş, rayon üzrə xüsusi riskli ünvanlar müəyyən edilib.

 

Sfera.az bildirir ki, iclas zamanı Abşeron RİH-nin gücləndirilmiş iş rejiminə keçdiyi vurğulanaraq, qeyd olunan təbiət hadisəsi zamanı rayon ərazisində subasmaya məruz qalma ehtimalı olan ünvanların, o cümlədən daşma təhlükəsi olan su anbarlarının və göllərin, avtomobil yollarının diqqətdə saxlanılması əsas müzakirə mövzusu olmuşdur. Kommunal xidmət sahələri (elektrik, qaz, su və digər) rəhbərlərinə, eyni zamanda rayonun şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə sözügedən sahələrin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

 

Sadalanan təbii hadisələr zamanı ziyan görəcək sakinlərin müvəqqəti yerləşdirilmələri üçün Abşeron RİH tərəfindən rayonun bir neçə ərazisində sığınacaqlar təşkil edilmişdir. Belə ki, sakinlər üçün təcili və təxirəsalınmaz qaydada yerləşdirilməsi məqsədilə Xırdalan şəhərində 2 ünvanda olmaqla, rayonun Saray qəsəbəsi, M.Ələkbərov küçəsində, Mehdiabad qəsəbəsi, “Mehdiabad” və “Məkan” mərasim evlərində, Görədil kəndi, E.Yusifov küçəsi, “Xeyir-Şər” Evində, Novxanı kəndi, Ə.Abuzərov küçəsindəki “Xeyir-şər” Evində, Məmmədli kəndində xeyir-şər evində, Fatmayı kəndində Qara Qarayev küçəsi, “Töhfə” Şadlıq Sarayında, Ceyranbatan qəsəbəsi, Nizami küçəsindəki “Xeyir-şər” Evində müvəqqəti sığınacaq yaradılmışdır. O cümlədən, ərazilər üzrə daşqına qarşı və təxliyyə xarakterli texnikalar, həmçinin xüsusi mülkiyyətdə olan özəl xidmət sahələri ilə texnikaların sayı müəyyən edilərək ərazilərə cəlb edilmişdir.

 

Bundan əlavə bildiririk ki, güclü külək nəticəsində rayon ərazisində 21 ədəd ağac aşmış, qəzalı vəziyyətdə olan və aşmış ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarının əməkdaşlarının iştirakı ilə Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazidən götürülmüşdür.

 

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin və digər dövlət strukturlarının gərgin fəaliyyəti ilə fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Onu da vurğulayaq ki, baş verəcək fəsadlara çevik reaksiya verilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində “qaynar xətt” (342-40-00) fəaliyyət göstərir. Sakinlərdən son günlər davam edən küləkli və intensiv yağıntılı hava şəraiti ilə əlaqədar fövqəladə hallarla rastlaşdıqları təqdirdə qaynar xəttə müraciət etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....