ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim edib

ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim edib

ABB Alfa nəslinin təmsilçiləri olan uşaqlar üçün Alpha Card məhsulunu bazara təqdim edib. Bu debet kart uşaqların maliyyə xidmətləri ilə bağlı ehtiyaclarının təmin olunması üçündür. Alpha Card tam rəqəmsaldır. Onun sifarişi və əldə olunması da əvvəldən sona tam rəqəmsal təcrübə ilədir.

 

Valideynlər 7 yaşdan 17 yaşa qədər övladları üçün Alpha Card-ı ABB mobile tətbiqindən sifariş verə bilərlər. Debet kart valideynin adına açılaraq uşağın istifadəsinə verilir. Məlumat bazalarının inteqrasiyası nəticəsində kart sifarişi zamanı uşağın adı görünür. Öz kartının dizaynını da uşaq özü seçə bilir.

 

Kartdan istifadə valideynin nəzarətində olur. Hər bir valideyn kartdan istifadəni nəzarətdə saxlayır, kənardan idarə edir, limitləşdirir. Uşağın Alpha Card-la apardığı bütün əməliyyatlar haqqında real vaxt rejimində valideynə bildirişlər gəlir.

 

Kart rəqəmsal bacarıqlara erkən yaşlardan yiyələnən Alfa nəsli nümayəndələrinin maraqlarına, davranışlarına uyğundur. ABB-nin növbəti innovativ məhsulu olan bu kart yeni nəslin maliyyə savadlılığına, onlarda rəqəmsal maliyyə xidmətlərindən istifadə vərdişlərinin inkişafına kömək göstərəcək.

 

Alpha Card məhsulunun daha bir özəlliyi bu kart haqqında hazırlanmış videonun musiqi və sözlərini süni intellektin yazmasıdır.

 

Alpha Card-ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə edə, kartı ABB mobile-dan sifariş verə bilərsiniz.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Pirşağıda taxıl sahəsi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olma...

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...