Bakıda liseyin müəllimi VƏFAT ETDİ


Bakıda liseyin müəllimi VƏFAT ETDİ

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin təsviri incəsənət müəllimi Xalidə Musayeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, Xalidə Musayeva 1964-cü il aprelin 18-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1984-1989-cu illərdə Azərbaycan Dovlət İncəsənət İnstitutunun Dekorativ tətbiqi sənət fakültəsində "Xalçaçılıq" ixtisası üzrə təhsil alıb, görkəmli Xalq rəssamı Lətif Kərimovun tələbəsi olub.

 

1989-cu ildə rəssam kimi peşəkar fəaliyyətinə Xalq rəssamı Eldar Mikayılzadənin yaratdığı Bakı Kooperativ "Xal" Şirkətinə rəssam vəzifəsinə təyin olunmaqla başlayıb. 1989-1993-cü illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət şöbəsində işləyib. 1993-2000-ci illərdə Bakı Sənaye Texnoloji Texnikumunda dekorativ-tətbiqi sənət müəllimi, 2000-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında rəsm müəllimi vəzifələrində çalışıb. 2012-ci ildə baș müəllim vəzifəsinə təyin olunub. 2016-cı ildən BDU-nun nəzdində "Gənc istedadlar" liseyində Təsviri incəsənət müəllimi vəzifəsinə təyin olunub.

 

Xalidə Musayeva 36 illik rəssamlıq va pedaqoji fəaliyyəti boyu yüzlərlə istedadlı tələbə, şagird və rəssam yetişdirib.


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....