Avropada müqəddəs su içən turistlər ölümcül vəba xəstəliyinə tutuldular

Avropada müqəddəs su içən turistlər ölümcül vəba xəstəliyinə tutuldular

Epidemiyalar qeyri-gigiyenik şəraitə görə yayılmağa başlayır və həyatımızı təhlükə altına alır.
 

Sfera.az bildirir ki, bu dəfə Efiopiyada “müqəddəs su” içən Britaniya və Almaniya vətəndaşları dərmana davamlı vəba ştamine tutulublar. Yaşı 20-60 arasında olan bir çox turist qusma, ishal və qızdırma kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Turistlərin içdiyi suda milyonlarla bakteriya aşkar edilib.
 

Britaniyalı turistlər bu il yanvarın sonu - fevralın əvvəlləri arasında Efiopiyada olublar. Ölkələrinə qayıtdıqdan sonra qusma, ishal və qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edən turistlərə də eyni diaqnoz qoyulub. Efiopiyada turistlər içməli sudan vəba xəstəliyinə yoluxublar. İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi dörd xəstənin vəbaya yoluxduğunu açıqlayıb.


Efiopiyada əhalinin yarısının təmiz suya çıxışı yoxdur. Ancaq minlərlə insan müqəddəs suyun müalicəvi gücə malik olduğuna inanır. Bir çox insan bu suyu içmək üçün Efiopiyaya həcc ziyarətinə gedir. Məlum olub ki, vəbaya yoluxan britaniyalılar ölkənin müqəddəs məkanı olan Bermel Giorgisdən gətirilən suyu da içiblər.
 

Eyni zamanda, Almaniyada bir çox insanın Efiopiyadan "müqəddəs su" gətirdiyi məlum olub. Müqəddəs su əraziyə yerli pravoslav kilsəsi tərəfindən gətirilib və bu, onu "mənəvi maarifləndirmə, şəfa və imanla dərin əlaqə" kimi təbliğ edilir.
 

Müqəddəs suda hər mililitrdə 100.000 ilə 100.000.000 arasında bakteriya aşkar edilmişdir.
 

Bu suda vəba xəstəliyinə səbəb olan Vibrio cholerae bakteriyası böyük miqdarda olub. Bu bakteriyaların ətraf mühit şəraitinə uyğunlaşaraq sağ qala bildiyi müşahidə edilib. Vəba şiddətli ishal və susuzluğa səbəb olur ki, bu da müalicə olunmazsa,q ölümlə nəticələnə bilər.
 

İngilis turistlərdən bəziləri də bu səbəbdən reanimasiyaya aparılıb. Müalicə olunan turistlərin sağlamlıqları bərpa olunub.


OXŞAR XƏBƏRLƏR

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...