Xınalığa 71 sm qar yağıb


Xınalığa 71 sm qar yağıb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 

Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, əksər rayonlarda leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur. Dağlıq ərazilərdə qar yağır.

 

Düşən yağıntının miqdarında artım qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Xaltanda 98 mm (aylıq normanın 145%-i), Qubada 65 mm (aylıq normanın 136%-i), Xaçmazda 64 mm (aylıq normanın 212%-i), Sabirabadda 44 mm (aylıq normanın 137%-i), Mingəçevirdə 52 mm (aylıq normanın 101%-i), İsmayıllıda 44 mm (aylıq normanın 43%-i), Şəkidə 29 mm (aylıq normanın 136%-i), Göyçayda 31 mm (aylıq normanın 63%-i), Ağstafada 29 mm (aylıq normanın 77 %-i), Gəncədə 26 mm (aylıq normanın 84%-i), Neftçalada 23 mm (aylıq normanın 70%-i), Ağdamda 16 mm (aylıq normanın 33%-i), Daşkəsəndə 15 mm (aylıq normanın 22%-i), Bakıda və Abşeron yarımadasında 57 mm (aylıq normanın 247%-i) təşkil edib.

 

Qarın hündürlüyü Xınalıqda 71 sm, Ləzədə (Qusar) 50 sm, Qrızda 40 sm olub.

 

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabrançay, Dəvəçiçay, Ağçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib.

 

Avtomat hidroloji stansiyaların məlumatına əsasən, ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda baş verib. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 29 sm, Əyriçayda 27 sm, Qudiyalçayda 25 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 22 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Köndələnçayda 18 sm, Bəsitçayda 11 sm artım qeydə alınıb.

 

Kür Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi səhər saatları ilə müqayisədə 17 sm artıb, su sərfi 825 m³/san qeydə alınıb ki, bu da aylıq normanın 111%-ni təşkil edir.

 


OXŞAR XƏBƏRLƏR

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...