Mehman Əliyev jurnalistikadan getdi


Mehman Əliyev jurnalistikadan getdi

Tanınmış jurnalist Mehman Əliyev artıq jurnalistika sahəsində fəaliyyət göstərməyəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə o Modern.az-a açıqlamasında deyib.

 

"Hazırda jurnalistika sahəsində fəaliyyət göstərmirəm. Yeni media strukturu yaratmaq barədə də düşünmürəm. Gələcəkdə də bu sahədə fəaliyyət göstərməyəcəm", - jurnalist bildirib.

 

M.Əliyev bundan sonra hansı fəaliyyətlə məşğul olacağı ilə bağlı suala cavabında isə belə deyib:

 

"Mən artıq 3 ildir ki, təqaüdçüyəm".

 

Qeyd edək ki, bir müddət əvvəl M.Əliyevin təsisçisi olduğu Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırıb. Buna səbəb agentliyin maliyyə problemləri olub. Martın 11-də "Vergilər" qəzetində “Turan İnformasiya Agentliyi” MMC-nin ləğv ilə bağlı kreditorlara müraciət də ünvanlanıb. Artıq agentliyin saytına da daxil olmaq mümkün deyil.


OXŞAR XƏBƏRLƏR

Goranboyda turistləri daşıyan mikroavtobus qəzaya düşdü

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə al...

Antalyada yanğın: Bir otel, 3 bina yandı

Türkiyənin Antalya şəhərinin mərkəzində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   Qala...

Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir - VİDEO

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qayna...

Bir nəfər imtahandan çıxarılıb

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndiril...

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksi...

Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir

Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.   Sfera.az xəbər verir ki, bu fikirləri&nbs...