ABŞ-dən etiraf: "Ukraynaya yardım az olub"

ABŞ Ukraynaya verilən hərbi yardımın məbləğini dəqiqləşdirib. Yeni hesablamaya əsasən, indiyə qədər edilən yardımın məbləği 300 milyard dollar yox, 100 milyard dollar olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp rəhbərliyi məhz yeni məbləğə uyğun olaraq Ukrayna ilə mədən sazişi üzərində işləyir.
Təhlükəsizlik zəmanəti ehtiva etməyən bu təklif Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlərin ortaq investisiya fonduna yönləndirilməsini nəzərdə tutur. ABŞ-nin Ukraynaya etdiyi milyardlarla dollarlıq yardımın bu fond vasitəsilə geri dönüşü təmin olunacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə aparılan danışıqları müsbət dəyərləndirib və prosesin davam edəcəyini bildirib.
Tramp administrasiyası ötən ay Ukraynaya daha genişmiqyaslı bir mədən razılaşması təklif edib. Lakin bu razılaşma Kiyevə təhlükəsizlik təminatı vermir və bütün təbii resurs gəlirlərinin ortaq fonda köçürülməsini tələb edir. Ağ Ev mövzu ilə bağlı suallara şərh verməkdən imtina edib.
Bəsti Rəfizadə