3 Eyfel Qülləsinə bərabər körpü tikilir - FOTO

3 Eyfel Qülləsinə bərabər körpü tikilir - FOTO

Çinin cənub-qərbində yerləşən Guizhou əyalətində tikilməkdə olan “Huajiang Grand Canyon” körpüsünün inşası son mərhələyə daxil olunub.

 

Sfera.az “CNN”ə istinadən xəbər verir ki, bu mühəndislik möcüzəsi çay səviyyəsindən təxminən 625 metr yüksəklikdə yerləşəcək və Fransadakı Millau Viyadükündən 288 metr uzun olacaq.

 

Guizhou mürəkkəb relyefə malik dağlıq bölgədir və “yer çatını” xatırladan “Huajiang Grand Canyon” üzərində inşa edilən bu polad truss asma körpü ümumi 2890 metr uzunluğa malikdir. Trussların ümumi çəkisi isə təxminən 22 min ton yəni üç Eyfel qülləsinin çəkisinə bərabərdir.

 

Tikintiyə 2022-ci ilin 18 yanvarında başlanılıb və 2025-ci ilin 30 iyununda tamamlanması planlaşdırılır. Layihənin 95%-nin artıq başa çatdığını bildirən “Guizhou Highway Group”-un baş mühəndisi Zhang Shenglin qeyd edib ki, körpü 2025-ci ilin ikinci yarısında istifadəyə veriləcək.

 

Çin, xüsusilə də Shenzhen şəhərindən 1287 kilometr qərbdə yerləşən Guizhou kimi dağlıq və nisbətən az inkişaf etmiş bölgələrdə infrastrukturu gücləndirmək üçün genişmiqyaslı layihələr həyata keçirir. Mütəxəssislərin sözlərinə görə, bu layihə təkcə rekordları qırmaq məqsədi daşımır, eyni zamanda əhəmiyyətli sosial-iqtisadi faydalar gətirəcək.

 

Qeyd edək ki, hazırda dünyanın ən hündür 100 körpüsünün yarısı Guizhou əyalətində yerləşir. 

 

Fidan Hacızadə

 

 


OXŞAR XƏBƏRLƏR

Antalyada yanğın: Bir otel, 3 bina yandı

Türkiyənin Antalya şəhərinin mərkəzində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   Qala...

Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir - VİDEO

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qayna...

Bir nəfər imtahandan çıxarılıb

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndiril...

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksi...

Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir

Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.   Sfera.az xəbər verir ki, bu fikirləri&nbs...

"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev

"Rusiyada azərbaycanlılara qarşı aparılan bu represiya ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu göstər...