“Bütün ingilisləri öldürəcəyik” - Rusiyadan İngiltərəyə təhdid

“Bütün ingilisləri öldürəcəyik” - Rusiyadan İngiltərəyə təhdid

Rusiyanın dövlət televiziyasında yayımlanan proqramda, İngiltərəyə və Baş nazir Keir Starmerə qarşı nüvə müharibəsi ilə bağlı ciddi təhdidlər səsləndirilib. 

 

Sfera.az xəbər verir ki, İngiltərənin nüfuzlu nəşrlərindən olan "The Mirror" qəzetinin xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Böyük Britaniya hökumətini nüvə silahı ilə hədələyib.


Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini açıq şəkildə müdafiə edən tanınmış televiziya aparıcısı Vladimir Solovyov, Qərbin və Avropa ölkələrinin Ukraynaya verdiyi dəstəyə sərt cavab verərək, İngiltərə və ABŞ-nin Rusiyaya birbaşa müharibə elan etdiyini bildirib.


Solovyov deyib ki, Qərb ölkələrinin liderləri də cəbhədə döyüşən əsgərlər kimi nəticələrini hiss edəcəklər. O, İngiltərə, Fransa, Almaniya və Baltikyanı ölkələrə yönəlik açıq təhdidində “Taleyiniz faciəli olacaq. Bütün bu hay-küyünüz sizə heç bir fayda verməyəcək”, - deyə xəbərdarlıq edib.


İngilis xalqına qarşı yönələn təhdidlərdə, “Onlar tamamilə yox ediləcəklər. Hamısını öldürəcəyik”,- deyə bildirilib.


Qeyd edək ki,  Rusiya Ukraynanın şəhər mərkəzlərini və mülki obyektlərini hədəf almaqda davam edir. Son olaraq bazar günü Sumi şəhərinə edilən raket hücumu nəticəsində 35 nəfər həlak olub, 117 nəfər yaralanıb.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...