Altıncı nəsil döyüş təyyarələri yaradılır - Onlar hansı üstünlüklərə sahib olacaq?

Altıncı nəsil döyüş təyyarələri yaradılır - Onlar hansı üstünlüklərə sahib olacaq?

ABŞ-nin 6-cı nəsil döyüş təyyarəsi hazırlamaqla bağlı verdiyi açıqlama və Çinin artıq belə bir təyyarəyə sahib olduğunu bildirməsi beynəlxalq hərbi aviasiya sahəsində ciddi rezonans doğurub. 


Hazırda ən güclü təyyarələr 5-ci nəsil təyyarələrdir və onlar cəmi bir neçə ölkədə var. Yeni nəsil təyyarələrin hazırlanması bu sahədə rəqabəti bir qədər də gücləndirəcək. 


Sfera.az-a açıqlama verən hərbi ekspert Heydər Mirzə bildirdi ki, hazırda 6-cı nəsil təyyarələr daha çox perspektiv xarakteri daşıyır və tam əməliyyat qabiliyyətli vəziyyətdə deyillər:

 

“Altıncı nəsil təyyarə anlayışı əsasən prototip mərhələsindədir və daha çox orta və uzunmüddətli perspektiv üçün nəzərdə tutulur. Yəni, bu təyyarələr hələ geniş istehsala və ya real döyüş hazırlığına malik deyil. Hazırda əsas diqqət 5-ci nəsil təyyarələrin üzərindədir. Bu təyyarələr artıq əməliyyatlarda istifadə olunur və aparıcı ölkələr onların funksionallığını daha da genişləndirmək üçün işlər aparır”.

 


Ekspert Azərbaycanın hazırda malik olduğu döyüş təyyarələrinin texniki səviyyəsinə də toxunub:


“Hətta götürsək, Azərbaycanın Pakistandan aldığı döyüş təyyarələri belə 5-ci nəsil deyil, 4++ və ya 4+ kateqoriyasına daxildir. Amma buna baxmayaraq, bu təyyarələrin kifayət qədər geniş funksiyaları var. Onlar həm qırıcı, həm də bombardmançı missiyaları yerinə yetirə bilən universal aviasiya vasitələridir. Bu da Azərbaycan üçün çox vacibdir”.


H.Mirzə əlavə edib ki, 5-ci nəsil döyüş təyyarələrinin imkanları hələ tam istifadə olunmayıb və yaxın illərdə bu təyyarələrin təkmilləşdirilməsi əsas prioritet olaraq qalacaq:


“Buna görə də 6-cı nəsil təyyarələr texnoloji baxımdan maraqlı olsa da, yaxın perspektivdə onların geniş yayılması real görünmür. Hazırda 5-ci nəsil təyyarələrin döyüş imkanlarının artırılması və texnoloji üstünlüklərinin tam istifadə olunması üçün ciddi səylər göstərilir”.


Qeyd edək ki, 6-cı nəsil təyyarələrdə süni intellekt dəstəyi, pilotsuz idarəetmə, optik gizlənmə sistemləri və elektromaqnit mühitdə effektiv fəaliyyət imkanları kimi xüsusiyyətlər nəzərdə tutulur. Bu isə gələcəkdə havada döyüşlərin tam yeni formatda aparılmasına şərait yarada bilər.


Hazırda ABŞ-nin "F-22" və "F-35", Rusiyanın "Su-57", Çinin isə "J-20" kimi 5-ci nəsil təyyarələri aktiv şəkildə istifadə olunur. Azərbaycanın isə əsas hərbi hava parkı "MiQ-29", "Su-25" və "JF-17" "Thunder" kimi 4-cü nəsil (4+) təyyarələrdən ibarətdir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Pulu şəhərin müxtəlif yerlərində gizlədir: Kimdir və bunu niyə edir - FOTO

ABŞ-ın Nyu Cersi ştatından olan 42 yaşlı anbar müdiri ictimai yerlərdə nağd pul gizlətməsi sayəsində sosial media ulduzuna çevrilib. Onun izləyiciləri 500 dolla...

Azərbaycan kazino biznesindən nə qazanacaq?

Turizm bu gün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artımın və məşğulluğun əsas mənbələrindən biri hesab olunur. Bir çox ölkələr ...

Ən yüksək bal toplayan abituriyentlərin ADLARI

I və IV ixtisas qrupları üzrə qəbul imtahanında 7 nəfər ən yüksək bal toplayıb.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verili...

5 gündə İrandan atılan raket və PUA-ların sayı…

İran münaqişə başlayandan (13 iyundan) bəri İsrailə 400-dən çox ballistik raket və 1000-ə yaxın pilotsuz təyyarə atıb.   Sfera.az xəbər verir ki, bu ...

Ərdoğanla Paşinyanın görüş yeri dəyişdi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanı İstanbulda qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türki...

İyunun 1-dəki qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2...