Müasir gəncliyin ruhu: Ləyaqət, vətənpərvərlik...

Müasir gəncliyin ruhu: Ləyaqət, vətənpərvərlik...

Müasir dünyada qloballaşmanın təsiri altında milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir xalq üçün mühüm vəzifədir. Xüsusilə də gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin sabitliyi, milli-mənəvi dəyərlərin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. 

 

Sfera.az xəbər verir ki, Azərbaycan gəncliyi bu mənada milli dəyərlərə bağlı, vətəninə sədaqətli, tarixi keçmişini və mədəni irsini sevən bir ruhda yetişdirilməlidir.

 

Milli mənlik şüuru fərdin öz millətinə mənsubiyyətini dərk etməsi, onun tarixini, dilini, mədəniyyətini, adət-ənənələrini tanıması və onlara bağlılıq hiss etməsidir. Bu şüurun inkişafı ailədən başlayaraq məktəbdə, ali təhsil müəssisələrində və ümumilikdə cəmiyyətin bütün sahələrində davam etdirilməlidir. Xüsusilə məktəb və universitetlərdə gənclərin milli ruhda təlim-tərbiyəsi istiqamətində aparılan işlər bu prosesin əsas təməlini təşkil edir. Tarix, ədəbiyyat, coğrafiya kimi fənlər vasitəsilə milli kimliklə bağlı biliklər aşılanmalı, sinifdənkənar tədbirlər, vətənpərvərlik mövzusunda inşa müsabiqələri, ekskursiyalar, muzey ziyarətləri və şəhid ailələri ilə görüşlər kimi fəaliyyətlər bu istiqamətdə olduqca vacibdir.

 

Vətənpərvərlik isə yalnız düşmənə qarşı vuruşmaq deyil, eyni zamanda vətənin inkişafına töhfə vermək, milli maraqları şəxsi maraqlardan üstün tutmaq, dövlətin və xalqın rifahı naminə səylə çalışmağı da əhatə edir. Gənclərin bu hisslərlə yetişdirilməsi üçün onlara öz xalqının qəhrəmanlıq tarixini tanıtmaq, dövlətçilik ənənələrini təbliğ etmək, müasir Azərbaycanın uğurlarını və bu uğurların qorunmasında gənclərin rolunu göstərmək lazımdır.

 

Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində vətənpərvərliyin parlaq nümunəsini göstərdi. Bu zəfər, təkcə hərbi qələbə deyil, həm də milli ruhun, mənəvi birliyin təntənəsi idi. Bu ruhun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi isə təhsilin, medianın, ailənin və ümumilikdə cəmiyyətin birgə və məqsədyönlü fəaliyyəti ilə mümkün olacaqdır.

 

Nəticə olaraq, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi strateji əhəmiyyət daşıyan və ardıcıl şəkildə həyata keçirilməli olan mühüm bir prosesdir. Bu istiqamətdə görülən hər bir iş gələcəyimizi daha güclü, milli kimliyinə sahib çıxan vətəndaşlarla təmin edəcəkdir.

 

Fidan Hacızadə

 

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...