Toyda xınayaxdı edilməsinə etiraz etdi

Cəmiyyət
21:10 / 15.04.2025
5947
Aparıcı Aytən Səfərova toyda xınayaxdı mərasiminin edilməsinə etiraz edib.
Sfera.az xəbər verir ki, o, bu barədə "Xəbər ertəsi" verilişində danışıb. Aytən bu mərasimin toyun dinamikasını aşağı saldığını bildirib:
"Toyda xınayaxdının yeri yoxdur. Məni qınaya bilərsəniz, istəsəniz pomidor, xiyar da ata bilərsiniz. Amma insanlar toya sizin xoş gününüzə şərik olmağa gəlib. Özü də elə bir məqama salırlar ki, oynamaq istədiyin vaxta düşür. Özü də xınayaxdıda bilinmir nə deyirlər, nə danışırlar. Toyun dinamikasını öldürür. Bizim adətimizlə xınayaxdını toya bir həftə qalmış edərlər. Bu adət olmalıdır, amma toyda yox".