Olimpiya stadionundan "Sevgililər Günü" açıqlaması
12:51 / 28.01.2017
680
Bakı Olimpiya Stadionunda "Sevgililər Günü" keçirilməyəcək.
Sfera.az goal.az-a istinadən xəbər verir ki, bu barədə Olimpiya stadionunun mətbuat xidməti rəhbəri Cəmilə Sultanova məlumat verib:
"Bəzi xəbər saytlarında və Facebook səhifələrində Bakı Olimpiya Stadionunda "Romantik Gecə" keçirilməsi ilə bağlı xəbərlər yayılıb. Stadionumuz hal-hazırda IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə və bu turnirlə bağlı idman yarışlarına (atletika və paratletika) aktiv şəkildə hazırlaşdığı üçün digər tədbirlərin reallaşdırılması bu vaxt müddətində gözlənilmir. Yalnız rəsmi mənbələrimizdə qeyd edilən xəbərlər reallığı əks etdirir".