Demokratlar Ukraynaya yardım etmək istəyir - Respublikaçılar dəstəkləyəcəkmi?

Demokratlar Ukraynaya yardım etmək istəyir - Respublikaçılar dəstəkləyəcəkmi?

ABŞ-də demokratlar tərəfindən Konqresə Ukraynaya siyasi və hərbi dəstəyin davam etdirilməsinə dair ikinci qanun layihəsi təqdim olunub. Bu sənədin Konqresdə keçmə ehtimalı azdır. Çünki hazırda Konqresdə çoxluq respublikaçılara məxsusdur. 


Bəs bu layihəni respublikaçıların və Donald Tramp administrasiyasının dəstələmək ehtimalı varmı?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, təqdim olunan qanun layihəsini rəsmi Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirmək istəyi kimi qiymətləndirmək düzgün olmazdı:

 


“Bu, demokratların mövqeyini əks etdirir. Respublikaçılar daxilində isə Ukraynaya dəstəyə münasibət birmənalı deyil. Partiyanın bir hissəsi, xüsusilə Trampa yaxın olan qanad, ABŞ-nin xarici münaqişələrdə aktiv iştirakına skeptik yanaşır. Lakin digər respublikaçılar, xüsusilə də Senatda neokonservativ mövqeləri təmsil edən siyasətçilər, Rusiyanın davranışlarını qlobal təhlükə kimi qiymətləndirirlər”, – deyə deputat qeyd edib.


E.Mirzəbəylinin sözlərinə görə, əgər yeni qanun layihəsi Ukraynaya dəstəyin gücləndirilməsi və Rusiyaya qarşı iqtisadi-siyasi təzyiqlərin artırılmasını nəzərdə tutursa, bu halda bəzi respublikaçıların da onu dəstəkləməsi mümkündür:


“Bu baxımdan, əgər yeni qanun layihəsi Ukraynaya dəstəyin gücləndirilməsi və Rusiyaya qarşı iqtisadi-siyasi təzyiqlərin artırılması ilə bağlıdırsa, o zaman respublikaçıların bu təşəbbüsü dəstəkləməsi ehtimalı, az da olsa var. Amma hətta belə bir qanun qəbul olunsa da belə, ABŞ prezidenti veto hüququndan istifadə etməklə qanunun icrasını təxirə sala bilər”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...