Tramp Bayden dövründə yaradılan proqramı ləğv etdi

Tramp Bayden dövründə yaradılan proqramı ləğv etdi

ABŞ Kənd Təsərrüfatı Nazirliyi keçmiş prezident Cozef Bayden dövründə başladılan və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş kənd təsərrüfatı proqramının ləğv edildiyini açıqlayıb.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanatda təxminən 3 milyard dollarlıq büdcəyə malik proqramın maliyyələşdirdiyi layihələrin əksəriyyətinin “çox baha başa gəldiyi” və bu vəsaitlərin yarısından azının fermerlərə çatdığı bildirilir.

 

Kənd Təsərrüfatı katibi Brooke Rollins proqramı tənqid edərək, onun fermerlər üçün deyil, Bayden administrasiyasının siyasətinə dəstək məqsədilə hazırlandığını iddia edib.


Qeyd edək ki, ləğv olunan proqram eroziyanın qarşısını alan bitkilərin əkilməsi və kənd təsərrüfatı fəaliyyətinin ətraf mühitə təsirini azaltmaq üçün bitki qidalarının idarə olunması kimi layihələri dəstəkləyirdi. Bayden administrasiyası proqramın 60 mindən çox fermeri əhatə edəcəyini və 60 milyon metrik ton istixana qazı emissiyasının azaldılacağını proqnozlaşdırmışdı.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günündə ABŞ-nin Bayden dövründə yenidən qoşulduğu Paris İqlim Sazişindən çıxmaq barədə sərəncam imzalayıb.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emrelinin yeni klubu məlum oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...

İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum olub

İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.   Sfera.az-ın məlum...