Bakıda qadın həkim adam öldürdü

Bakıda qadın həkim adam öldürdü

Dünən saat 21 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az salamnews-a istinadən məlumatına görə, hadisə 8-ci km bazarı yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, Elşən Süleymanov küçəsi ev 55, mənzil 15-də qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Həşimov Mirfadə Seydəli oğlunu "Hyundai" markalı avtomaşın vurub.

Yaralı təcili tibbi yardım maşını ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə aparılıb.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaq hərəkətləri zamanı hadisəni törədən sürücünün qadın olduğu məlum olub. İşi araşdıran müstəntiq Cəmşid Sadıqovun verdiyi məlumata görə, "Hyundai" markalı avtomobilin sürücüsü Səidə Əlixanova "Səhhət" klinikasında həkim-ginekoloq işləyir. Sürücünün izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...