"OpenAI" yeni süni intellekt modelini təqdim etdi

"OpenAI" yeni süni intellekt modelini təqdim etdi

Süni intellekt sahəsində ən böyük şirkətlərdən olan ABŞ-nin "OpenAI" şirkəti süni intellekt modeli "GPT-4.1"i rəsmi olaraq ictimaiyyətə təqdim edib. Şirkət bu yeni model ilə süni intellekt texnologiyalarında yeni bir dövrə start verib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "GPT-4.1" əvvəlki versiya olan "GPT-4o" ilə müqayisədə həm daha çox konteksti emal edə bilməsi, həm də daha səmərəli və güclü işləmə xüsusiyyətləri ilə seçilir. Model, xüsusilə kod yazma və mürəkkəb tapşırıqları anlama sahəsində daha yüksək səmərəlilik nümayiş etdirir.


Yeni modelin ən çox diqqət çəkən cəhətlərindən biri isə 1 milyon məlumatı eyni anda emal edə bilmə qabiliyyətidir. Bu göstərici, əvvəlki "GPT-4o" modelində 128 min idi. "GPT-4.1" həmçinin uzun mətnləri və mürəkkəb strukturlu məlumatları daha dəqiq təhlil etmək və cavablandırmaq imkanı yaradır.


Modelin təqdimatı ilə yanaşı, "ChatGPT" platformasında hazırda istifadə edilən "GPT-4" modelinin 30 aprel tarixində deaktiv ediləcəyi elan edilib. Bundan əlavə, "API" vasitəsilə təqdim olunan "GPT-4.5" modelinin önizləmə versiyasının isə 14 iyulda dayandırılacağı bildirilib.


Yeni "GPT-4.1" modeli süni intellektin tətbiq sahələrində daha sabit, uyğun və güclü nəticələr təqdim etməklə sahədə inqilabi dəyişikliklərə yol açacağı gözlənilir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emreli karyerasını Almaniya klubunda davam etdirəcək

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...

İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum olub

İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.   Sfera.az-ın məlum...