Bakının mərkəzindəki gecə klubu BAĞLANDI – FOTO/VİDEO

Bakının mərkəzindəki gecə klubu BAĞLANDI – FOTO/VİDEO

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
 

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

 

- obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyekt normaya uyğun sayda köçürmə çıxışları ilə təmin olunmayıb;

- təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
 






















OXŞAR XƏBƏRLƏR

Yeni dişləri turistlərə baha başa gəldi: Həbs edildilər

32 yaşlı britaniyalı Corciya Harrison yeni dişlərini qeyd etmək üçün həyat yoldaşı ilə Türkiyəyə tətilə gəlib. Problemlər cütlüyün hava limanına qədər otel işçi...

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emrelinin yeni klubu məlum oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...