Axşam bunu etsəniz, yuxusuz qalacaqsınız - XƏBƏRDARLIQ

Axşam bunu etsəniz, yuxusuz qalacaqsınız - XƏBƏRDARLIQ

Norveçdə aparılan genişmiqyaslı elmi araşdırma, yatmazdan əvvəl ekran qarşısında vaxt keçirməyin yuxu keyfiyyətinə ciddi mənfi təsir göstərdiyini ortaya çıxarıb.

 

Sfera.az xəbər verir ki, 18-28 yaş arası 45 200-dən çox tələbənin iştirak etdiyi tədqiqatda ekran istifadəsi ilə yuxu rejimi arasındakı əlaqə təhlil olunub.

 

İştirakçılardan yatmazdan əvvəl film izləmək, sosial şəbəkələrdən istifadə, internetdə gəzmək və oyun oynamaq kimi ekran əsaslı fəaliyyətlərlə bağlı məlumat toplanıb. Nəticələr göstərib ki, yataqda ekran qarşısında daha çox vaxt keçirən şəxslərdə yuxusuzluq və yuxu itkisi riski əhəmiyyətli dərəcədə yüksəkdir.

 

Tədqiqatçılar bildiriblər ki, yataqda ekran qarşısında keçən hər əlavə saat, yuxusuzluq riskini 59 faiz artırır və orta hesabla 24 dəqiqə daha az yuxu ilə nəticələnir.

 

Mütəxəssislər sağlam yuxu üçün yatmazdan ən azı 30-60 dəqiqə əvvəl ekranlardan uzaq durmağı tövsiyə edirlər.

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emreli karyerasını Almaniya klubunda davam etdirəcək

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...

İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum olub

İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.   Sfera.az-ın məlum...